Mağazdan pul oğurladı, kameraya düşdü

Sumqayıtda oğru təhlükəsizlik kamerasına düşüb. Hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən mağazaların birində qeydə alınıb.

Şəhər Polis İdarəsindən Yenicag.az–a bildirilib ki, ötən gecə N.Nərimanov küçəsində mağazaya girən naməlum şəxs oradan 2 min manatlıq geyim oğurlayıb. Bu zaman o, mağazanın təhlükəsizlik kamerasına da düşüb.

Hadisə ilə bağlı polis idarəsində araşdırma aparılır.