Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.
“Azərsu'” ASC-dən Yenicag.az-a verilən məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu'” ASC abonentlətdən üzr istəyir.