Magistral su kəmərində qəza – İki rayon susuz qaldı

Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, buna səbəb 500 mm-lik magistral kəmərdə baş vermiş qəzadır.

Hazırda Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir.

COP29