Sabah dumanla bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Fevralın 5-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.