Magistral yollarda vəziyyət necədir?

Baş Dövlət Yol Polisi İdarəsi magistral yollardakı vəziyyəti açıqlayıb.

İdarədən Yenicag.az-a bildirilib ki, hazırda bu yollarda fasilələrlə qar yağışı müşahidə olunur:

❄ Bakı-Quba-Rusiya sərhədi yolunda (40-cı km-dən başlayaraq)

❄ Bakı-Şamaxı-Yevlax yolunda (30-ci km-dən başlayaraq)
❄ Gəndob-Yalama yolunda ( 41-ci km-dən başlayaraq)
❄Bakı-Qazax-Gürcüstan sərhədi yolunda (251-ci km -dən başlayaraq)
❄Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunda
❄Qaraməryəm-İsmayıllı-Şəki yolunda (93-cü km-dən başlayaraq)
❄ Ağsu aşırımında

Yollarda hər hansı məhdudlaşma yoxdur. Yolların qardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Təhlükəli hesab edilən yol sahələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən xidmət gücləndirilib.

Bir daha sürücülərdən hava şəraitini nəzərə alaraq, ehtiyatlı olmaları və təhlükəsiz sürmə prinsiplərinə riayət etmələri xahiş olunur.