Magistratura arzusunda olanların SINAĞI: “İmtahan gedişində vaxtı düzgün bölmələri üçün…”

“Magistratura üzrə sınaq imtahanı bakalavrların çətinlik çəkdikləri mövzuların müəyyənləşdirilməsinə imkan verir”.

Bu fikirləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü il yanvarın 14-də magistraturaya qəbul olmaq istəyənlər üçün keçiriləcək sınaq imtahanının əhəmiyyətli haqda danışan təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, sınaq imtahanı bakalavrların yeni imtahan modeli ilə tanış olmaları baxımından önəmlidir:

“Bu il keçiriləcək magistraturaya qəbul imtahanında xarici dillə bağlı müəyyən dəyişiklik var.

Fikrimcə, bakalavrların özlərini həmin imtahan modelində sınamaları onlara ümumi formatla tanış olmaq, eyni zamanda, çətinlik çəkdikləri mövzuların müəyyənləşməsi və onların üzərində bir qədər işləyib imtahan müddətinə qədər çatışmazlıqları aradan qaldırmaq fürsəti verir.

Ümumiyyətlə, sınaq imtahanının üstünlükləri çoxdur. Bunlardan biri də bakalavrların imtahan gedişində vaxtı düzgün bölmələri üçün qazandıqları təcrübədir”.

Nuray Məmmədzadə

COP29