“Müəyyən strukturlarda əmək fəaliyyətinə başlayan şəxslər üçün magistratura təhsili elə də fərq yaratmır”.
Bu fikirləri magistratura təhsilinin üstünlükləri haqqında danışan ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, xaricdə magistratura təhsili almaq daha çox üstünlük qazandıran amildir:
“Bir çox dövlət qurumlarında çalışan şəxslərin əlavə vəzifə maaşı, əməkhaqqının hesablanması və sair kimi hallarda magistratura təhsilinin olması nəzərə alınır.
Amma digər strukturlarda əmək fəaliyyətinə başlayan şəxslər üçün magistratura təhsili elə də bir fərq yaratmır. Yəni bakalavr təhsili olan şəxslər idarəetmə strukturunda işləyə bilərlər.
Amma elmi-pedaqoji, həmçinin ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün magistratura pilləsini bitirmək zəruridir.
Həmçinin qeyd edim ki, xaricdə magistratura təhsili almaq daha çox üstünlük qazandıran amildir”.
Nuray Məmmədzadə