!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Magistratura ilə bağlı mühüm MÜRACİƏT

Dövlət İmtahan Mərkəzindən (DİM) magistraturanın xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbulla bağlı müraciət edib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına (68, 69 və 70 saylı proqramlar üzrə) qəbul olmaq istəyən bakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Xxüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanınan buraxılış vərəqəsi”ni çap edib götürməli və vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

– Şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

– Musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər, həmçinin musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür”.

www.yenicag.az

227
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100