Magistratura imtahanının II mərhələsinin nəticələri açıqlandı

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən magistratura imtahanının (II mərhələ) nəticələri açıqlanıb.

Yenicag.az-ın xəbərinə görə, imtahanının nəticələri (2-ci mərhələ) və cavab kartlarının qrafik təsvirləri ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq olar.

Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dən 18-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

COP29