Magistratura üzrə qabiliyyət imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi iyunun 21-də keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid ixtisaslaşmalarına qəbul üzrə qabiliyyət imtahanının nəticələrini elan edib.

Bu barədə Yenicag.az-a DİM-dən xəbər verilib.

Bakalavrlar imtahan nəticələri ilə verilən keçiddən tanış ola bilərlər.

https://eservices.dim.gov.az/erizemag/qabiliyyet

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 23 iyun tarixində saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər göstərilən saatlarda təşkil olunacaq komissiyaya müraciət edə bilərlər. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.