Magistraturaya qəbul olan bakalavrların nəzərinə

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb. 

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, magistraturaya qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həfətnin şənbə və bazar günləri qeydiyyat aparılmayacaq.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.