Dövlət İmtahan Mərkəzi (DİM) mgaistraturaya qeydiyyat üçün ayrılmış vaxtı uzadıb.
Yenicag.az xəbər verir ki, 3-13 fevral tarixləri aralığına təyin edilmiş qeydiyyat DİM tərəfindən sabah, 14 fevral saat 10:00-adək uzadılıb.
Ərizələrini təsdiq etməmiş bakalavrlara qeyd edilən vaxt ərzində ərizələrini təsdiq etmələri tövsiyə olunur.
Qeyd edək ki, 14 min 121-i Azərbaycan, min 269-u isə rus bölməsi olmaqla cəmi 15 min 390 bakalavr qeydiyyatdan keçərək ərizəsini təsdiq edib.
Xatırladaq ki, magistraturaya qəbul imtahanının Nazirlər Kabinetinin müvafiq qərarı ilə ikinci mərhələsi ləğv edilib.
Cari imtahan isə 23 fevrala təyin edilib. İmtahan 3 saat davam edəcək.