Magistraturaya sənəd qəbulu başlayıb

TQDK 1Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbuluna start verilib.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 12-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı “Bakalavrın elektron ərizəsi” formasını doldurub, onu özü təsdiq edir. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrdə ali təhsil almış Azərbaycanın vətəndaşları imtahanda iştirak etmək üçün “Bakalavrın elektron ərizəsi” formasını doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini TQDK-da təsdiq etdirməlidirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test