Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış oldu: Çox sayda ölü və yaralı var

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisə nəticəsində 10 nəfər ölüb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.

Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.