Mahir Emreli Kiprlə oyunda iştirak etməyəcək

Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emreli millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.

Bu barədə Yenicag.az AFFA-ya istinadən xəbər verir.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan millisini UEFA Millətlər Liqasının I turunun Lüksemburqla oyununda azlıqda qoyub. O, 26-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.