Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubunda

Almaniyanın “Nürnberq” klubu Stefanos Tsiması Yunanıstan PAOK komandasından birdəfəlik transfer edib.

Yenicag.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi 19 yaşlı hücumçunun müqaviləsindəki satınalma bəndindən istifadə edərək, onu heyətinə qatıb.

Lakin yunanıstanlı forvard “Nürnberq”də qalmayacaq. Almaniya klubu istedadlı oyunçunu cari mövsümün sonunadək İngiltərənin “Brayton” komandasına icarəyə verib. Premyer Liqa təmsilçisi Tsimasın çıxışından razı qalsa, müəyyən təzminat məbləği qarşılığında onu transfer edə biləcək.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də “Nürnberq”də çıxış edir.