!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mahir Mədətov fitə basılmasından danışdı: "Bar verən ağacı daşlayarlar"

!Reklam – Yazi

Malta ilə oyunda çıxışına görə tənqid olunan Azərbaycan millisinin futbolçusu Mahir Mədətov qarşılaşmadan sonra azarkeşlər tərəfindən fitə basılmasından danışıb.

Yenicag.az xəbər verir ki, “Xəzət Tv”də yayımlanan “Futbol saatı” verilişinə danışan gənc oyunçu məsələyə belə münasibət bildirib:

“Bir az məyus olmuşam. “Arsenal”la oyundan öncə Qurban müəllimlə söhbətimiz oldu. Ondan sonra sosial şəbəkəyə girişimə qadağa qoyuldu. Heç bir azarkeşlə problemim olmayıb. “Arsenal”la oyunda nəyə görə fitə basıldığımı anlamadım. Epizodları qaçıran tək mən deyildim ki. O vaxt azarkeşlərə demişdim ki, stadiona gəlib dəstək olmalıdırlar. Bəlkə də ona görə əsəbləşiblər . Mən zəif oynayanda komanda yoldaşlarım bunu mənə deyirlər. Dünənki oyunda isə mənə dəstək oldular. Bir söz var, bar verən ağacı daşlayarlar. Yəqin ki, məndən nəsə gözləyirlər. Ailədə də bilirlər ki, tək qalanda sıxılıram . Sağ olsunlar məni tək qoymadılar. Bu dəstəyə görə gərək onların inamı doğruldam. Yəqin qol vura bilməməyim psixoloji amildir”.

www.yenicag.az

20059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv