Mahmud Abbas dünyaya səsləndi: “Beynəlxalq qorunma istəyirik”

Fələstin Dövlət Başçısı Mahmud Abbas, İsrailin cinayətlərinə cavabsız qalınmamasını və Fələstin əhalisi üçün beynəlxalq qorunma tələb edib.

Yenicag.az xəbər verir ki, Fələstin rəsmi xəbər agentliyi WAFA bu barədə məlumat yayıb.

Mahmud Abbas, dünən Yəhudi mühacirlərin daş zərbələri ilə fələstinli qadının öldürülməsi hadisəsinə münasibət bildirərək: “Bu işğalçı dövlətin nəzarəti altında törədilən iyrənc bir cinayətdir və cəzasız qalmamalıdır” – deyə bildirib.

Xarici İşlər Nazirliyindən verilən yazılı şərhdə, sözügedən hadisəni İsrailin beynəlxalq cinayət törətməsi ilə bağlı istintaq başlatmaq üçün yetərli bir arqument kimi qiymətləndirilib.

Fələstin Qurtuluş Təşkilatı İcra Komitəsi üzvü Xanan Aşravi, təşkil etdiyi mətbuat konfransında, İsrailin işlədiyi cinayətlərə davam etməsini, bunun qarşılığında isə beynəlxalq tribunanın bütün bunlara səssiz qalacaq qədər aciz olduğunu bildirib.

Qeyd edək ki, dünən Qərbi Şəriyədə, bir qrup yəhudinin daşlı hücumu nəticəsində 45 yaşındakı fələstinli Aişə Məhəmməd Radi öldürülüb.

Bundan başqa, Qəzzadakı Səhiyyə Nazirliyi, dünənki sülh nümayişləri zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 7 fələstinlinin şəhid olduğunu, 154 fələstinlinin yaralandığını bildirib.