Mahmud Abbas: “Trampın planı “əsrin silləsi” oldu”

Fələstin prezidenti Mahmud Abbas ölkəsi ilə İsrail arasında davam edən münaqişənin həll yolları barədə danışıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülhü bərpa etmə planını “əsrin silləsi” adlandırıb. Mahmud Abbas Vaşinqton tərəfindən irəli sürülən heç bir təklifi qəbul etməyəcəklərini bildirib:

“Əsrin müqaviləsi əsrin silləsi oldu, bunu heç vaxt qəbul etməyəcəyik”.

Prezident 1993-1995-ci illərdə Norveçin paytaxtı Osloda əldə olunan razılığı isə artıq tanımadıqlarını vurğulayıb. Fələstin lideri qeyd edib ki, ABŞ ikili standart tətbiq edir. Buna görə də, danışıqlar masasında onun yeri yoxdur.

COP29