İranın sabiq prezidenti Mahmud Əhmədinejad saxlanılıb.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verməsi səbəb olub.
İddialara görə, o, Şiraza səfər edən zaman İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb.
Lakin Əhmədinejadın vəkii Adil Heydəri məlumatı təkzib edərək, sabiq prezidentin həbs olunması ilə bağl xəbərləri yalanlayıb.