Mahsunun filmə çəkəcəyi aktrisanın qızı göz yaşına boğuldu – Nənəsindən ürək parçalayan sözlər – Yenicag.Az

Reklam

Reklam

“Xərçəng” xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın anası Gövhər xanım nəvəsinin Türkiyədə filmə çəkiləcəyi xəbərinə münasibət bildirib.

Yenicag.az-a açıqlama verən Gövhər xanım 11 yaşlı nəvəsinin bu xəbəri eşidəndə ağladığını bildirib:

“Nəvəmə Türkiyədən zəng gəldi ki, Mahsun Kırmızıgülün filminə çəkiləcəksən. Gövhər sevincindən ağladı. Məni qucaqladı ki, nənə, icazə verəcəksənmi gedim? Dedim əlbəttə, verəcəm. Avqust ayında çəkilişlər başlayacaq, Gövhər də gedəcək. Sentyabrda isə dərsləri başladığı üçün Bakıya qayıdacaq. “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov nəvəmi xoşbəxt elədi”.

Nənəsi Gövhərin arzularından da danışıb:

“Nəvəm gələcəkdə vəkil olmaq arzusundadır. Aktrisalığa isə hobbi kimi baxır”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1126
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.