Makedoniya adını dəyişir – Referendum keçiriləcək

Makedoniya hökuməti ölkənin adını dəyişdirməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə Makedoniyanın baş naziri Zoran Zayev açıqlama verib. Onun sözlərinə görə, ökənin yeni adı referendum nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, ad dəyişikliyinə səbəb Yunanıstanın narazılığıdır. Belə ki, rəsmi Afina Yunanıstanda eyni adlı regionun olduğunu əsas gətirərək, qonşu ölkənin Makedoniya adlandırılmasına qarşı çıxır.

Makedoniyada referenduma çıxarılacaq yeni ad variantları hələ rəsmi olaraq açıqlanmayıb. Ancaq yerli mətbuatda Yeni Makedoniya Respublikası, Şimali Makedoniya Respublikası, Yuxarı Makedoniya Respublikası, Makedoniya Vardar Respublikası və Makedoniya Respublikası adlarının ümumxalq səsverməsinə çıxarıla biləcəyi yazılır.

COP29