Makqreqor Həbibə mesaj yolladı: “Revanş istəyirəm”

İrlandiyalı boksçu Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək istəyir.

Yenicag.az xəbər verir ki, Makqreqor bunu öz “Twitter” səhifəsində yazıb.

“Əla zərbədir, revanş döyüşünü gözləyirəm”, – deyə irland qaydasız döyüşçü yazıb.

Qeyd edək ki, bu gün iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalının qələbəsi ilə başa çatıb.