!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Makromart” Xırdalanda fəaliyyətə başladı

!Reklam – Yazi

Pərvin Əliyev: “Bu Prezidentimiz İlham Əliyevin iş adamlarına qayğısının bəhrəsidir”

Pervin muellimBu gün Xırdalanda yerləşən AAAF şəhərciyində sahəsinə görə Azərbaycanın ən iri alış-veriş mərkəzlərindən biri – AAAF Makromartın açılışı baş tutdu.

Tədbiri giriş sözü ilə açan AAAF İnşaatın direktoru Pərvin Əliyev qonaqları salamladı və öncəliklə, bu gün şəhid olan əsgərlərimizin ailələrinə başsağlığı verdiyini bildirdi: “Təəssüf ki, bizim öncədən planlaşdırdığımız gün bu acı xəbərlə sarsıldıq. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə Qarabağımızı da, İrəvanımızı da alacağıq”.

“AAAF Makromart”ın açılışının Xırdalan üçün əhəmiyyətindən danışan P.Əliyev artıq xırdalanlıların alış-veriş üçün uzun yol qət etməyə ehtiyacının olmadığı və istədiyi məhsulları buradan rahatlıqla tapacağını bildirdi.

Pərvin Əliyev qeyd etdi ki, “Bu gün Makromartın açılışında iştirak edənlər  Abşeronumuz üçün önəmli bir ana şahidlik edirlər. Bizə doğma Abşeronumuzun ən böyük alış-veriş mərkəzini açmaq nəsib olub. Bu regionların inkişafına xüsusi önəm verən Prezidentimiz İlham Əliyevin iş adamlarına qayğısının bəhrəsidir. Çox xoşbəxtəm ki, bizim bəxtimizə Tarixi Abşeron torpağında sağlam gənc nəsilin yetişməsinə xidmət etmək yazılıb. İnanıram ki, Makromart Xırdalanımızın brendləri arasında layiqli yerini tutacaqdır”.

_U7A0341Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülməmmədova İradə xanım AAAF Park rəhbərliyinə minnətdarlığını bildirdi, bu cür geniş alış-veriş mərkəzinin açılışının yerli əhali üçün faydalı olacağını dilə gətirdi.

Sonda AAAF İnşaat və Zirvə İdman Kompleksi MMC-nin təsisçisi Tofiq Heydərov AAAF Makromart-ın açılışı münasibətilə sakinləri təbrik etdi.

Açılışdan sonra müştərilərə çeşidli hədiyyələr təqdim edildi. Kampaniyalar ilə bağlı məlumat verildi.

Tofiq muellimQeyd edək ki, 6100 kvadratmetr ərazini özündə birləşdirən AAAF Makromart zəngin çeşidi və təzə, keyfiyyətli, sanitar qaydalara uyğun, ekoloji təmiz məhsulları ilə fərqlənir. İşıqlı və yüksək texnologiyalarla təchiz edilmiş interyeri, səliqəli məhsul düzülüşü, arabaların hərəkətini rahat təmin edən geniş ərazisi yalnız müştərilərin rahatlığı üçün hesablanıb. Stendlərin yaxınlığında yerləşən xüsusi qurğulara məhsulu yaxınlışdırmaqla qiymətini öyrənmək mümkün olacaq.

Avtomobilinizi saxlamaq üçün uzaq məsafə qət etməyə ehtiyac qalmayacaq, marketin önündə yerləşən geniş avtopark işinizi asanlaşdıracaq. Alış-veriş zamanı fikrinizin dağılmaması üçün övladlarınızın əyləncəsini təmin edən uşaq istirahət mərkəzi də xidmətinizdədir.

 

www.yenicag.az

2482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv