!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron: Aİ islahatlar aparmasa “Frexit” ilə qarşılaşa bilər

!Reklam – Yazi

Avropa İttifaqı, islahatlar aparmasa “Frexit” (Fransanın Aİ-dən çıxması) ilə qarşılaşa bilər.

Yeniçağ.Az “Oxu.Az”-a istinadən xəbər verir ki, bu barədə BBC-yə Fransada prezidentliyə namizəd Emmanuel Makron bəyan edib.

Cənab Makron vurğulayıb ki, seçki kampaniyası boyunca Avropa ideyasını və Aİ siyasətini müdafiə edib. Çünki bu məsələni fransız xalqı üçün və ölkənin qloballaşma prosesində yerinin müəyyənləşdirilməsində mühüm olduğunu hesab edir. onun fikrincə Fransa vətəndaşları “Avropa ideyasına” və “Aİ-nin fəaliyyətinin artıq işə yaramadığına” hiddətləniblər.

“Əgər mən sabah Aİ-nin cari fəaliyyətini davam etdirməyi qərara alsam, xalqıma xəyanət etmiş olacam. Bunu etmək istəmirəm, çünki biz növbəti gün “Frexit” və ya “Milli cəbhə” ilə qarşılaşa bilərik”, – “İrəli!” hərəkatının rəhbəri əminliklə deyib.

Yeniçağ.Az

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv