Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

Tarixdən bəllidir ki, Qərbi Azərbyacanda və Qarabağ ərazisində heç bir erməni dövləti olmayıb.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin oktyabrın 22-də keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, görünür, dünya dövlətləri bunu yavaş-yavaş anlamağa başlayır:

“Hesab edirəm ki, Fransa prezidenti Emmanuel Makron da tarixi faktlardan nəticə çıxararaq, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq üçün addım atacaq”.