Makron Ərdoğana diş qıcıyır: Fransa Prezidentinin qısqanclığı

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Rusiya-Ukrayna savaşında tərəflər arasında vasitəçilik etməsindən narahatdır.

Yenicag.az xəbər verir ki, bu barədə Makron özü danışıb.

Parisdə səfirlərlə görüşən Makron Türkiyənin vasitəçilik missiyasından duyduğu narahatlığı dilə gətirib.

Makron: “Rusiya ilə danışığa davam edən yeganə dünya gücünün Türkiyə olmasını kim istəyər?” – deyə sual verib.