Makron Ermənistana gedə bilər

Fransa prezidenti Emmanuel Makron sentyabrın 21-də, müstəqillik günündə Ermənistana gedə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri məlumat yayıb.

Məlumata görə, bu günlərdə onun səfərinin təfərrüatları müzakirə olunur.

Makron bu addımı ilə Ermənistanın tərəfində olduğunu vurğulamaq istəyir./unikal