Makron etirazlara görə G7 sammitinə qatılmayacaq

Fransa prezidenti Emmanuel Makron Yeddilər Qrupunun (G7) İtaliyanın Baş naziri Ciorcia Meloninin sədrliyi ilə video-konfrans formatında keçiriləcək sammitində iştirak etməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbə xarici KİV-ə açıqlayıb.
Makronun Ukrayna ilə bağlı keçiriləcək sammitdə iştirak etməməsinə rəsmi səbəb kimi fermerlərin kütləvi etirazları fonunda daxili işlərlə məşğul olması göstərilir. Bununla belə, nəşr qeyd edir ki, Meloninin Kiyevə gəldiyi və oradan G7-nin digər liderləri, o cümlədən ABŞ Prezidenti Co Baydenlə video-bağlantı qurulacağı nəzərə alınarsa, Makronun qərarı italyan tərəfdaşlarına hörmətsizlik ifadəsidir.

Roma və Paris arasında münasibətlər ənənəvi olaraq soyuqdur. Ukraynada müharibənin başlamasının ikinci ildönümünə həsr edilmiş G7 sammitinin təşəbbüskarı məhz İtaliya olub. Emmanuel Makron fevralın 26-da Ukrayna ilə bağlı məxsusi görüşünü keçirmək fikrindədir. Bu görüşdə isə Ciorcia Meloninin iştirakı gözlənilmir.

Qəzetin yazdığına görə, G7-nin virtual sammitində Fransanı müdafiə naziri Sebastyan Lekorn təmsil edəcək.

COP29
Рейтинг@Mail.ru Яндекс.Метрика