!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron: Maliyyə dünyasının homoseksual “Motsart”ı - Fransanın başına kim keçir?

!Reklam – Yazi

Fransada keçirilmiş prezident seçkilərində 2-ci tura adlayan namizədlərdən biri olan Emmanuel Macron “gənc, ağıllı, istedadlı və sistemə alternativ xarizmatik siyasətçi” kimi xarakterizə olunur.

Yeniçağ.Az xəbər verir ki, Makron Fransa daxilində xalqın etimadını qazanmağa çalışarkən, onun dünya bank-maliyyə sisteminin təmsilçisi olması faktı ikinci-üçüncü plana keçir.

Yaxşı, bəs Fransadan kənarda Makrona münasibət necədir? Məsələn, italyanlar xalauşaqları olan fransızların yeni prezidenti ola biləcək Makronu necə dəyərləndirirlər? “Il Fatto Quotidiano” və “Huffington Post” nəşrlərində Makronla bağlı dərc olunan materiallarda maraqlı detallara toxunulub.

Rotşild ailəsi ilə əlaqələr

Makron da Fransanın zəngin və güçlü ailələrinin, yəni o şanslı təbəqənin bəxtinə siyasətçi və ya yüksək məmur olmaq yazılan uşaqlarını göndərdikləri “École Nationale d’Administration” (ENA) məktəbinin məzunudur.

Gənc Makron 2088-ci ildə dünyanı idarə edənlərin siyahısında ən başda qərarlaşan yəhudi əsilli Rotşild ailəsinə məxsus bankda işləməyə başlayır və qısa müddətdən sonra o, bankın şərikinə çevrilir.

Makron Fransa prezidentlərinin iqamətgahı olan Yelisey sarayına ilk dəfə 2012-ci ildə prezident Fransua Ollandla birlikdə gəlib. O, Rotşildin İnvestisiya Bankındakı işindən çıxaraq, Ollandın baş katib müavini vəzifəsini tutur. Bu təyinatdan sonra Makron prezident Ollandın iqtisadi islahatlarının əsas icraçısı kimi önə çıxır. Cəmi bir neçə ay sonra isə maliyyə naziri postuna gətirilir. Nazir olduğu vaxt yüz minlərlə fransızın küçələrə axışaraq, etiraz etdiyi iqtisadi qanunların qəbuluna nail olur.

Makron 2 il maliyyə naziri vəzifəsində qaldıqdan sonra 2016-cı ildə istefaya gedir. Ollandın “göz bəbəyi” kimi tanınan Makron 2016-cı ilin aprelində “Yürüş” (“En Marche”) hərəkatını yaradır. Bu hərəkatı Sosialist partiyasını yenidən canlandırmaq məqsədi ilə yaratdığını deyən Makron bunun üstündən heç bir il keçməmiş Fransa prezident seçkilərinin partiya dəstəyi olmayan ən güclü namizədinə çevrildi.

Maliyyə dünyasının “Motsart”ı Makron

Özünü nə sağçı, nə də solçu – partiyaların fövqündə hesab edən Makron seçki kampaniyası üçün tələb olunan vəsaiti 2008-2012-ci illərdə Rotşildin bankında işlədiyi vaxt əlaqə yaratdığı maliyyə birjalarının dəstəyi ilə təmin etdi. Bankda işlədiyi vaxt maliyyə dünyasının “Motsart”ı adını qazanan Makronun ABŞ-dakı prezident seçkilərində namizədlərin ianə toplamaq metodundan istifadə edərək, vəsait yığmaqda çətinlik çəkmədiyi deyilir.

Qeyd olunur ki, Makron seçki kampaniyası üçün Nyu-York, Brüssel, Berlin və Londonu “su yolu”na çevirərək, bir sıra mühüm toplantılara qatıldı. Hətta Londondakı toplantılardan birində dünyanın ən nəhəng investisiya şirkətlərindən olan “Lehmann Brothers”ın sabiq bankiri Benoit d’Angelinin dəstəyini aldığı deyilir.

ENA məktəbinin məzunu və Rotşild bankının keçmiş işçisinin şəxsi həyatı da gündəmdən düşmür. Özündən 26 yaş böyük Bricit Trono ilə evlənən Makronun homoseksual olduğu da iddia edilir. Onun kişi dostu kimi isə “Radio France”ın əməkdaşı Matye Qalenın adı hallanır.

Yeniçağ.Az

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv