!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron Merkel ilə görüşüb

!Reklam – Yazi

Fransanın yeni prezidenti Emmanuel Makron, ilk rəsmi səfərini Almaniyaya edib.

Yeniçağ.Az xəbər verir ki, Makron Almaniyanın kansleri Angela Merkel ilə görüşüb. Görüşdən sonra liderlər ortaq mətbuat konfransı keçiriblər. Onlar, Aİ-nin iqtisadi və müdafiə məsələlərinin, eləcə də Brexit prosesinin müzakirə edildiyini bildiriblər.

Həmçinin hər iki lider iki ölkə arasındakı qarşılıqlı inam və etimadın vacibliyini vurğulayaraq, bunun ümumilikdə Avropanın xeyrinə olduğunu söyləyib.

“Hər başlanğıc sehrlidir, çox gözəl bir başlanğıcımız oldu. Ancaq sehrin davam etməsi üçün davamında qarşılıqlı maraqların təmin edilməsi də lazım gəlir”- deyə, Merkel bildirib.

Makron isə qeyd edib ki, bundan beş il sonra uğurlar əldə etdiyimizə görə qarşımızda daha böyük bir jurnalist ordusu görmək istəyirəm.

Yeniçağ.Az

www.yenicag.az

925
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv