Makron Rusiyaya qarşı bu sanksiyaların ləğvinə nail oldu

Makron Rusiya titanına qarşı sanksiyaların ləğvinə şəxsən nail olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik yazır ki, Fransa prezidenti telefon danışığı zamanı Kanadanın baş naziri Castin Trüdonu Avropanın ən böyük aviasiya korporasiyası olan “Airbus”u Rusiya titanına qarşı sanksiyalardan azad etməyə inandırıb.

Məlumata görə, Fransanın “Airbus” və digər şirkətləri Kanadada və digər ölkələrdə yerləşən zavodlar üçün strateji metalın Rusiya tədarükünə etibar etməkdə davam edir.

KİV-in analitiklərin fikrincə, Rusiya ötən il metaldan 2.2 milyard dollar əldə edib. Bununla yanaşı, “Airbus”, “Boeing” və “Rolls Royce” kimi şirkətlər Rusiya titanından aslı olmağa davam edirlər”.

Rafi Müslümov