Makron “Sarı jiletli”lərə müraciət etdi

Emmanuel Makron bir neçə müddətdir davam edən “Sarı jiletli”lər hərəkatı zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb.

Yenicag.az xəbər verir ki, o bu barədə “Twitter”də yazıb.

“Respublikaya — onun nümayəndələrinə və rəmzlərinə qarşı amansız davranılır. Bunu edənlər mülki müqaviləmizin mahiyyətini unudurlar. Sonda ədalət qalib gələcək” – deyə Fransa prezidenti bildirib.

Makron etirazçıların hər birini dialoq üçün bir daha düşünməyə dəvət edib.

COP29