Makron: “Türklərlə çinlilərin masa arxasında olmasını istəmirəm”

Makron Rusiya ilə Ukrayna arasında gərginlik yaradan mənbələrdən biri hesab edilir və buna görə də Şərqi Avropa ölkələri liderləri onu günahlandırır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu yöndə Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlama verib.

Makron istehza ilə bildirib ki, Şərqi Avropa ölkələri onun kimlə görüşməli olduğunu desinlər:

“Mənə əxlaq dərsi verən bütün avropalılar və qərblilər danışıqlar masasına kiminlə oturmalı olduğumu deməlidirlər. Bundan sonrakı mərhələdə çinlilərlə türklərin danışıqlar aparmasını istəmirəm”.

Qeyd edək ki, Avropada Makronun Putinlə müharibədən əvvəl və müharibə gedərkən görüşməsi ciddi şəkildə tənqid olunur. Hətta Makronu müharibənin səbəbkarı kimi görənlər də çoxdur.