Makron Zelenski ilə telefonla danışdı

Fransa Prezidenti Emmanuel Makronla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Məlumata görə, söhbət zamanı diqqət yetirilən məsələlərdən biri Ukraynanın Odessa limanı vasitəsilə taxıl ixracı olub.