Makrondan ABŞ-la bağlı sərt çıxış: “Müttəfiqlik onun vassalı olmaq deyil”

“Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq demək deyil”.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Fransa prezidenti Emmanuel Makron bildirib.

“ABŞ bizim tarixi müttəfiqimizdir və müttəfiqimiz olaraq da qalır. Lakin müttəfiq olmaq, vassal olmaq demək deyil. Biz onlardan asılı olmamalıyıq”, – deyə Makron Paris-Vaşinqton ikitərəfli münasibətlərini şərh edərkən bildirib.

Makron ABŞ prezidenti Donald Trampın “Twitter”də onun ünvanına yazdığı tənqidlərə isə münasibət bildirmək istəməyib:

“Mən tvitlərə cavab vermək fikrində deyiləm. Düşünürəm ki, Fransa xalqının məndən gözləntiləri bu yöndə deyil”.

COP29