Fransa Prezidenti Emmanuel Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Makron bunun atəşkəs üçün yeganə çıxış yolu olduğunu bildirib.
Makron onu da əlavə edib ki, bu, ölkənin məruz qaldığı təhlükələr fonunda İsrailin tərksilah edilməsinə çağırış deyil.
Qeyd edək ki, Makron bundan əvvəl Fransanın xarici işlər nazirini Livan və Qəzzada gərginliyin azaldılması ilə bağlı Yaxın Şərq üzrə məsləhətləşmələr aparmağı tapşırıb.