!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makrondan ETİRAF: “Sarı jiletlilər”in mənə faydası oldu”

!Reklam – Yazi

Fransada prezidenti son aylarda güclü hərəkata çevrilmiş “Sarı jiletlilər” haqda müsbət fikirlər səsləndirib.

Yenicag.az-ın məlumatına görə, Makron Böyük Britaniyanın “Time” jurnalına müsahibəsində Fransada 10 aydır, davam edən “sarı jiletlilər” hərəkatının “faydalı tərəfləri”ndən danışıb:

“Fərqli baxışdan nəzər yetirdikdə, “sarı jiletlilər”in nümayişləri mənim üçün çox müsbət hadisədir. Çünki onlar mənə necə bir lider olmağımı xatırlatdılar.

Ölkəmin xeyri üçün həyata keçirmək istədiyim islahatların xalqa qarşı olduğu düşünülürdü. Əslində isə belə deyil”.

Makron Fransa inqilabı zamanı edam edilən kral XVI Lüdovikin adını çəkərək, “Ölkəmizdə idarə edilməyi sevirik, ancaq idarə edəni öldürmək istəyirik”, – deyib.

Firuzə Alimova

www.yenicag.az

1609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv