Fransa prezidenti Emmanuel Makron “Russia Today”ın müxbirlərinin iqamətgaha girməsinə qadağa qoyub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat azadlığı carçısı kimi tanınan Makron “Russia Today” müxbirlərinin prezident iqamətgahına girişini məhdudlaşdırıb. Buna səbəb olaraq isə o, adıçəkilən mətbu orqanın tərəfkeşlik etməsini göstərib.
Jurnalistlər isə Fransanın rəsmi press-kartlarına sahib olduqlarını və bunun qanunlara uyğun olmadığını bildiriblər.