İtaliyanın baş nazirinin müavini, ölkənin nəqliyyat və infrastruktur naziri Matteo Salvini Fransa prezidenti Emmanuel Makronu hərbi əməliyyatlarda iştirak etmək üçün şəxsən Ukraynaya getməyə çağırıb.
Yenicag.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.
“Mən Makrona deyəcəyəm: döyüşmək üçün Ukraynaya get, dəbilqə geyin və italyanları aldatma”, – Salvini seçkiqabağı tədbirdə deyib.
“Le Monde” qəzeti daha əvvəl yazmışdı ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi təlimatçılar göndərmək üçün Avropa koalisiyasının yaradılmasını gözləyir. Ukraynaya koalisiyanın göndərilməsi həftələr, hətta günlər məsələsi ola bilər. Bu barədə Makronun Ukrayna prezidenti Volodimir Zelenskinin 6-7 iyun tarixlərində Müttəfiqlərin Normandiyaya enişinin 80 illiyi şərəfinə Fransaya səfəri zamanı açıqlama verəcəyi gözlənilir./unikal