!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun İlham Əliyevə zəngi: Azərbaycan Prezidenti fransız həmkarına nələri diktə etdi?

!Reklam – Yazi

“Fransa Prezidenti Emmanuel Makronun televiziyaya verdiyi son müsahibədə qatı ermənipərəst mövqedən çıxış etməsi Azərbaycan-Fransa münasibətlərinə zərər vurub. Onun son açıqlamaları Fransanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik imkanlarını minimuma endirib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsinin səbəblərinə toxunan politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Fransanın Əlcəzairdə törətdiyi qətliamların İlham Əliyev tərəfindən beynəlxalq tribunada səsləndirilməsindən narahat olduğunu bildirib:

“Birincisi, son açıqlamalarıyla tərəfsizliyini ermənilərin xeyrinə pozmasına baxmayaraq, Makron Ermənistanla Azərbaycan arasında vasitəçilikdən imtina etmək istəmir. İkincisi, Makron, telefonda da dediyi kimi, noyabrın 19-da Frankofoniya təşkilatının 18-ci zirvə görüşü çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. O bu barədə İlham Əliyevi məlumatlandırmağı lazım bilib. Makron sanki bununla demək istəyib ki, tərəflərdən biri ilə görüşürsə, o birisi ilə də dialoqu davam etdirməkdə maraqlıdır. Halbuki Emmanuel Makron tərəfsizliyini yalnız ermənipərəst açıqlamalarla pozmayıb, iki dəfə Ermənistana səfər edib, Azərbaycana səfər etməməklə də pozub. Ona qədər Fransa prezidentləri Ermənistana səfər edəndə Azərbaycana da gələrdilər. Makron bu ənənəni Ermənistanın xeyrinə pozub. Üçüncüsü, Makron, böyük ehtimalla, İlham Əliyevin Əlcəzairdə noyabrın 1-də Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısındakı çıxışından narahat olub.
Azərbaycan Prezidenti həmin çıxışında Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını və 1,5 milyon əlcəzairlinin qətlə yetirdiyini bildirdi. Makron anlamamış deyil ki, o, ermənipərəst mövqeyini gücləndirdikcə İlham Əliyev Fransanın Əlcəzairdəki “əməllərini” müxtəlif toplantılarda tez-tez xatırlayacaq. Əgər Makron və ətrafı Azərbaycan rəsmilərinin beynəlxalq toplantılarda Əlcəzairdəki “əməllərinin” ifşasını istəmirlərsə, ermənipərəst mövqelərini korrektə etməlidirlər. Bunun üçün, birinci, Emmanuel Makron açıqlamalarına diqqət yetirməli, Parisin tərəfsiz vasitəçi olmasını istəyirsə, balansı qorumalı, ikincisi, Fransa parlamenti gələn həftə Azərbaycan əleyhinə qətnamənin qəbulundan vaz keçməlidir”.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv