Makronun impiçmenti ilə bağlı qətnaməyə baxılacaq

Fransa parlamentinin aşağı palatası sentyabrın 17-də Beşinci Respublikanın lideri Emmanuel Makronun impiçmenti ilə bağlı qətnaməyə baxacaq.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu təşəbbüsü “İtaətsiz Fransa” partiyası dövlət başçısının seçkilərdə qalib gələn koalisiyadan baş nazir təyin etməkdən imtina etməsi səbəbindən irəli sürüb.

Xatırladaq ki, sol partiyasının parlament fraksiyasının rəhbəri Mathilde Panot Fransa prezidenti Emmanuel Makrona qarşı impiçment prosesinin başlandığını elan edib. Daha sonra məlum olub ki, prezidentin vəzifədən kənarlaşdırılmasını tələb edən qətnaməni 80-dən çox deputat imzalayıb./unikal

COP29