!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun “sosis” diplomatiyası zaldakıların gülüşünə səbəb oldu

!Reklam – Yazi

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı ilə həyata keçirdiyi telefon danışığı barədə mətbuata açıqlama verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti Makron ABŞ prezidenti Donald Trampla olan söhbətlərini diplomatik dillə izah edib. Trampla Kanadada G7 zirvəsində görüşəcəklərini bildirən dövlət başçısı söhbətlərini sosisə bənzədib. Makronun mətbuat konfransında səsləndirdiyi bu ifadə gülüşə səbəb olsa da, onun sətraltı mənasını çox az adam başa düşüb.

Diqqətinizə çatdıraq ki, XIX əsrin gedişatını dəyişən alman siyasi lider Otto von Bismark zəhlətökən prosesin uğurlu nəticələnməsini “sosis” adlandırırdı. O qeyd edirdi ki, əgər insanlar sosisin necə hazırlandığını görsə, əsla sosis yeməz.

Beləliklə, Makron Trampla nəyisə müzakirə etməyi heç də xoşlamadığını, lakin ortaya nəticənin çıxarılması üçün cəhd etdiklərinə işarə vurub.

www.yenicag.az

2666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv