Makronun uğursuz futbol SİYASƏTİ: Mbappe hansı komandaya keçəcək?

“Futbolçu özünü hansı klubda daha xoşbəxt hiss edirsə, həmin komandada daha yaxşı performans göstərə bilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransa hökümətinin “PSJ” klubunun futbolçusu Mbappenin komandadan getməsinin qarşısını alma cəhdləri haqda danışan futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, bir ölkənin rəhbərliyinin futbola bu cür qarışması heç də yaxşı hal deyil.

“Fransa hökümətinin hər hansı bir klubda çıxış edən futbolçunun başqa komandaya keçməsinə qarşı cəhdləri həmin oyunçunun inkişafına maneəçilik edəcəksə, bu artıq futbol siyasətinin pis tərəfidir. Düşünürəm ki, həm UEFA, həm də FİFA bununla bağlı etirazlarını bildirəcəklər. “PSJ” sözsüz ki, dünyanın ən yaxşı komandalarının biridir. Lakin bir oyuçunun xəyalı, özünün arzuları hər şeydən daha vacibdir”, – deyə o əlavə edib.

O qeyd edib ki, futbolçu özünü hansı klubda daha xoşbəxt hiss edirsə, həmin komandada daha yaxşı performans göstərə bilir:

“Mbappenin fikri daha yaxşı kluba keçib, daha çox pul qazanmaqdırsa, düşünürəm ki, “Real Madrid”də hazırda bəlkə də Mbappeyə ehtiyac duyular. Lakin Mbappenin Səudiyyə Ərəbistan klubuna transfer olunması, onun karyerasında yalnız enişi ola bilər. Əgər o, Ərəbistan komandasına keçərsə, dünya bir ulduz futbolçunu itirmiş olacaq. Onun orada adından başqa heç nəyi qalmayacaq. Fikrimcə, futbolçunun arzu etdiyi komandada oynaması daha vacibdir”.

İsmayıl Bakuvi

COP29