“Qarabağ”ın futbolçusu Maksim Medvedev Ağdam klubunun heyətində 400-cü oyununa çıxıb.
Yenicag.az xəbər verir ki, yubiley matçı Azərbaycan Premyer Liqasının 25-ci turunda dünən “Keşlə” ilə keçirilən qarşılaşmada gerçəkləşib.
Bu münasibətlə matçdan öncə 29 yaşlı müdafiəçiyə övladları tərəfindən “400” yazılı simvolik forma təqdim olunub.
Qeyd edək ki, millimizin üzvü karyerası ərzində yalnız “Qarabağ”da çıxış edib. “Qarabağ”ın yetirməsi olan Medvedev “atlılar”ın heyətində 2006-cı ildə debüt edib.