Mal-qara oğrusu yaxalanıb

91a28e10028b75340011538eca332002Qaradağ rayonunda mal-qara oğurlamağa cəhd göstərən şəxs saxlanılıb.

Hadisə rayonun Səngəcal qəsəbəsində yerləşən otlaq sahəsində qeydə alınıb. Belə ki, Vüqar Bayramov ərazidə yerləşən otlaq sahəsindən, ümumi dəyəri 4400 manat olan 4 iri buynuzlu mal-qaranı oğurlamaq istəyib. Otlağın sahibləri, Doluxan Ziyadov, Mirhüseyn Ziyadov və Xəqani Bayramov ona mane olduqlarından o öz əməlini həyata keçirə bilməyib. Otlaq sahibləri bu barədə dərhal polisə məlumat veriblər.

Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. V.Bayramov saxlanılaraq polis idarəsinə gətirilib. İlkin dindirilmə zamanı o əməlini etiraf edib və buna görə, peşman olduğunu bildirib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

()