Mal-qara otaran Ağdam sakini minaya düşərək öldü

Ağdamda 41 yaşlı kişi minaya düşərək həlak olub.

Yenicag.az bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.