!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mal-qara saxlayanlar cərimələnəcək - VİDEO

!Reklam – Yazi

Şəhərdə və şəhərtipli qəsəbələrdə, çoxmərtəbəli binaların yaxınlığında iri və xırdabuynuzlu heyvanların səllim buraxılması qadağandır. Çünki şəhər mərkəzində iri və xırda buynuzlu heyvan, yəni, inək, camış, qoyun və s. saxlamaq, insanlar və ətraf mühit üçün təhlükəlidir. Eyni zamanda, belə heyvanların şəhərdə gəzməsi və ya həyətlərə buraxılması, estetik baxımdan da uyğun deyil. Amma təəssüflər olsun ki, bu gün, düz şəhərin mərkəzində mal-qara saxlayan vətəndaşlar var.

Yenicag.az bildirir ki, mal-qaranın şəhərlərdə yalnız qapalı şəraitdə saxlanılmasına icazə verilsə də, bəzi sakinlər onları küçə və prospektlərə buraxmaqdan çəkinmirlər. Bu da nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, həm şəhərin estetik görüntüsünə xələl gətirir, həm də antisanitar şərait yaradır. Şəki Şəhər İcra Hakimiyyəti də həmin mal-qaranın şəhər təsərrüfatına vurduğu ziyanı nəzərə alaraq xüsusi komissiya yaradıb.

İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəsi Rasim Həsənov Məsələ ilə bağlı ARB-yə deyib: “Şəhər ərazisində mal-qara saxlayan hər bir vətəndaşa xüsusi blanklar paylanılıb. İnsanlar öz tələbatlarını ödəmək üçün bir-iki baş heyvan saxlaya bilər. Amma kiməsə mane olmadan”.

Əslində heyvanların saxlanması qaydaları qanunla tənzimlənir və nəzarət həyata keçirilir.

Baş inspektor Mahir Məsimov deyib: “Ev heyvanı saxlayan və ya ona baxan şəxs ona baxmalıdır. Onun nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbir görməlidir. Tədbir görməsə, 200 azn cərimələnəcək”.

Təkcə Şəkidə bu ilin 6 ayı ərzində mal-qarasına sahib çıxmayan 10 vətəndaşa protokol tərtib edilib.

www.yenicag.az

3430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv