17 yaşlı Malala Yusifzai Dünya Uşaqlarının mükafatını qazanıb. Bu mükafatın qalibi dünya üzrə uşaqların səsverməsi ilə müəyyən olunur.
Bu mükafat Yusifzaiya oktyabrın 29-da Stokholmda təqdim olunacaq.
Yusifzai 2014-cü ildə Nobel Sülh mükafatını da qazanıb. O, eyni ildə həm Nobel mükafatını, həm də Uşaqların mükafatını alan yeganə şəxsdir.
Dünya Uşaqlarının mükafatı 2000-ci ildən təsis olunub. Məqsəd isə uşaqları demokratiya, uşaq haqları, dünya problemləri barədə məlumatlandırmaqdır.
Bundan əvvəl Dünya Uşaqlarının Mükafatını Nelson Mandela, Kofi Annan , Anne Frank kimi şəxslər qazanıb.
Qeyd edək ki, Yusifzai 2012-ci ildə “Taliban” tərəfindən başından güllə ilə vurulmuşdu. (qafqazinfo.az)