Malayziyada İslamı təhqir edən şəxs həbs olundu – 10 il

Malayziyada 22 yaşlı kişi sosial şəbəkələrdə İslam dinini təhqir etdiyinə görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Polisin məlumatına görə, o, sosial şəbəkəyə İslam və Muhəmməd peyğəmbəri (s) təhqir edən səs yazısı yerləşdirib.

Bildirilir ki, ona qarşı 10 ittiham irəli sürülüb. Kişini 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası və ya 12 min dollar məbləğində cərimə gözləyir. O, öz günahını etiraf edib.

Bununla yanaşı, Malayziya polisi daha üç nəfərə qarşı dini təhqir etdiklərinə görə ittiham irəli sürərək, onları nəzarətə götürüb./Report/